Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil dünyasını dəyişib.
Hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, həyatını itirib.