Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.
MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.
Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,20 faiz;