Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib, zəhərlənən var

1 106
Paylaş:
Bakıda yaşayış binasında yanğın:     sakinlər təxliyə edilib, zəhərlənən var

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb.

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki. yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:

Ən son xəbərlər