Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: "Parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır"

1 114
Paylaş:
Rəsul Quliyev İlham Əliyevi təbrik etdi: "Parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır"

Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Prezident İlham Əliyevi təbrik edib.

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli Pezident, 

Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məhəbbətini əks etdirir. Sizin ailənizlə birlikdə Xankəndi seçki dairəsində qeydiyyatdan keçməniz çox böyük düzgün addımdır və hansı ki, bir daha “Qarabağ Azərbaycandır!” tezisini təsdiqləyir…

Bu seçkidə iştirak edən digər namizədləri də topladıqları təcrübəyə görə təbrik edirəm. Onlar bir daha - güclü rəqiblə necə mübarizə aparmaq lazımdır dərsini almış oldular.

Hörmətli Prezident, 

Sizi bir daha əzəmətli qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımız üçün yeni mərhələnin açılışında, reformalarınızın startında Sizə uğurlar arzulayıram"

Paylaş:

Ən son xəbərlər