Mənzurə Musayevaya dedim ki, siz Şövkət Ələkbərovanın tələbəsi ola bilməzsiniz, durub üstümə cumdu. Özü də həmişə ədəb-ərkanı gözlədiyini deyir. Bu necə ədəbdir? İnanın mənə, əgər Mənzurə mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım". Bunu Qaynarinfo-ya açıqlamasında şair Anar Vəziroğlu müğənni Mənzurə Musayeva ilə aralarında olan qalmaqaldan danışarkən deyib.
Şair sənət adamlarının ondan çəkindiyini vurğulayıb:
"Mənzurəkimilər çoxdur. İki aydan yuxarıdır ki, mən bu verilişlərə ekspert kimi dəvət alıram. Onlar da məni tanıyır. Müğənnilər gələndə xahiş edirlər ki, Anar Vəziroğlu mən çıxdığım verilişdə olmasın. Niyə? Çünki mən sözün düzünü deyirəm. Mənzurə Xalq artisti Flora Kərimovanın 40-50 ildir möhür vurduğu mahnıları oxuyur. Sonra da deyir ki, Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dedim Şövkət Ələkbərovanın tələbəsi olmamısınız. Bəs, cəmiyyət niyə bu haqda bilmir? Onun bütün tələbələrini xalq tanıyır. Flora Kərimovanın möhür vurduğu mahnıları zümzümə ilə oxuyur".