Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Təcili yardım avtomobili qəzaya düşüb, yaralanan var

1 273
Paylaş:
Təcili yardım avtomobili qəzaya düşüb, yaralanan var

Xaçmazda zəncirvari qəza baş verib.

Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində "VAZ-21015 markalı nəqliyyat vasitəsi “VAZ-21014” markalı minik avtomobili ilə toqquşub. Daha sonra "VAZ-21014" markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən "UAZ" markalı təcili tibbi yardım avtomobilinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı "VAZ-21014"-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Quliyev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA

Paylaş:

Ən son xəbərlər