Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub. Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.