Məlum olduğu kimi, dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb. Kəndin icra nümayəndəsi Cuma Qurbanov Azvision.az-a açıqlamasında qəzanın məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verdiyini bildirib.
O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş: "Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil, əvvəllər belə olmayıb. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".