Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Yeni qurumlar yaradıldı

1 898
Paylaş:
Yeni qurumlar yaradıldı

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliklərində publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

- Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi;

- "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxsi də yaradılıb.

Paylaş:

Ən son xəbərlər