Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb, xəsarət alan var - YENİLƏNDİ - 2

1 287
Paylaş:
Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb, xəsarət alan var -   YENİLƏNDİ - 2

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib. Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", məlumatda deyilir.

***

12:33

Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

***

11:03

Fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər