Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə münasibətlərindən danışıb. Axşam.az xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan sənətçi aralarında yaşanan mübahisələrdən danışıb:
"Elə görünür ki, mən od, Fəxrəddin sudur. Amma elə deyil, əksinədir. Onunla heç vaxt dərinə getmirəm. Bir-birimizi qırırıq. Normaldır, hər ailədə olur. Ən çox mübahisə adi şeylərdən olur. Səbəb belə tapa bilmirəm. Deyir, bunu niyə ora, bura qoyursan. Mən küsülü qalmağı xoşlamıram, onun isə yadından çıxmır. Tıncıxıram ki, mən barışdım, o yox. O, yadında saxlayır, unuda bilmir".