Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qazaxıstan beynəlxalq axtarışda olan daha bir şəxsi ölkəmizə ekstradisiya etdi

1 158
Paylaş:
Qazaxıstan beynəlxalq axtarışda olan daha bir şəxsi ölkəmizə ekstradisiya etdi

Qazaxıstan beynəlxalq axtarışda olan daha bir şəxsi ölkəmizə ekstradisiya edib.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.

Paylaş:

Ən son xəbərlər