Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiya xarici işlər nazirinin müavini: Ermənilər Qarabağı könüllü tərk edib

1 033
Paylaş:
Rusiya xarici işlər nazirinin müavini:     Ermənilər Qarabağı könüllü tərk edib

Qarabağ erməniləri regionu könüllü tərk edib.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”, - deyə nazir müavini bildirib.

Qaluzin bildirib ki, Qarabağda vəziyyət köklü şəkildə dəyişdiyindən, Rusiya sülhməramlılarının orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz bütün məsələləri tərəflərin məqbul saydığı şəkildə həll edirik”./APA

Paylaş:

Ən son xəbərlər