Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var.
DİN-dən XƏBƏRDARLIQ
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir: "Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”.