BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məntəqələrdə seçkilərin nəticələri ləğv edildi, komissiyalar buraxıldı

Mərkəzi Seçki Komissiyası bir neçə məntəqəsində prezident seçkilərinin nəticələrini etibarsız sayıb.

 

Bu barədə məlumatı MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

 

O qeyd edib ki, aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.

 

“41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyşay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb”, - deyə o qeyd edib.

Tarix: 11 Fevral 2024, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin