BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident seçkilərində namizədlərin yekun səsləri açıqlandı

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.

 

Bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.

 

Beləliklə, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

 

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

 

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);

 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev -0,54 faiz (26 517 səs).

 

Xatırladaq ki, Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.

Tarix: 11 Fevral 2024, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin