BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNDİ

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.


APA xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.


Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.


Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

 

***

 

07:31

 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda xəstəxanada vəfat edib. Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

 

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

Tarix: 12 Fevral 2024, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin