BURADA REKLAMINIZ OLA
BİLƏR

Federasiyanın vitse-prezidentinin evindən bahalı əşyalar oğurlayan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Kikboksinq Federasiyasının vitse-prezidenti “Lord” ləqəbli Ramal Aslanovun evindən baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a  bildirib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hafiz Qocayev polis əməkdaşları tərəfindən saxlanılıb:

 

“Faktla bağlı araşdırmalar davam etdirilir”.

 

Qeyd edək ki, onun Zığ qəsəbəsində yerləşən evindən 6 min manat dəyərində olan qızıl-zinət əşyaları və 40 min manat dəyərində olan bahalı qol saatı oğurlanıb.

 

***

09:11

 

Kikboksinq Federasiyasının vitse-prezidenti "Lord” ləqəbli Ramal Aslanovun evində oğurluq hadisəsi baş verib.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, evdən 40 min manatlıq oğurluq edilib.

 

Məlumata görə, R.Aslanova məxsus dəyərli əşyalar oğurlanıb.

Tarix: 12 Fevral 2024, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin