Saatlı rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Tağıyevin yeri dəyişdirilib. Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Azər Tağıyev sözügedən vəzifədən azad edilərək, İmişli Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Azər Tağıyev 2017-ci ilin dekabr ayında Gəncə Şəhəri Kəpəz Rayon Polis Şöbəsini rəisi vəzifəsindən azad edilərək, Saatlı rayon Polis Şöbəsinin rəisi təyin olunmuşdu.
