Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində bəzi faktları gizlətdiyi iddia olunub. Bu barədə videobloger Mehman Hüseynov paylaşım edib.
Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var. Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib.
KONKRET.az ictimai-siyasi kluarlarda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş həmin video və orada səsləndirilən ittihamlarla bağlı deputat Razi Nurullayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərimizdən sonra özünü deputatın köməkçisi kimi təqdim edən şəxs Razi Nurullayevin tədbirdə olduğunu və yaxın dəqiqələrdə özünün bizimlə əlaqə saxlayacağını desə də, əməkdaşımıza deputatın özü ilə danışmaq müyəssər olmadı.
Əməkdaşımız daha sonra vəkil Əsabəli Mustafayevə “iddialar doğrudursa, Razi Nurullayevi hansı cəza gözləyir?” sualını ünvanlayıb. Hüquqşünas deyib ki, Seçki Məcəlləsində və digər qanunlarda təhrif olunmuş məlumatların bəyannaməyə daxil edilməsinin məsuliyyəti barədə heç bir bənd yoxdur: