Nigeriyada əksəriyyəti 50 yaşdan yuxarı olan insanların kütləvi şəkildə naməlum xəstəlikdən ölməsi təlaş yaradıb. Yeni hallar əsasən Yobe, Kano, Bauçi ştatlarında və Jiqava əyalətində görünüb.
Pravda.az-ın xəbərinə görə, Kano ştatında aprel ayında üç gün içində aralarında akademik, siyasətçi, iş adamı və həkimlərin də olduğu 150 nəfər dünyasını dəyişib. Jiqavada 10 gündə 100-dən çox adam ölüb. Yobe ştatında üç günə 471 nəfər həyatını itirib. Bauçi ştatında bu göstərici 150 nəfərdir.
Səlahiyyətlilər ölümlərin COVID-19 mənşəli olmadığını bildiriblər.