"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova ilə aparıcı Zaur Nəbioğlu arasında qalmaqal pik həddə çatıb. Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi Zaurun onun şəklini efirdə nümayiş edərək aşağıladığını, gözdən saldığını bildirib.
Günel aparıcıya Zaura son xəbərdarlığını ünvanlayıb:
"Veriliş var ki, ora rahatlıqla qonaq gedirəm. Çünki bilirəm, o verilişlərin aparıcıları sənətimi yerə vurmayacaqlar. Amma elə proqramlar var ki, ora getmək istəmirsən, çünki özünü orada görmürsən. Savadı olmayan bir aparıcı sənə nə sual verəcək?! Onun mənə verdiyi sualdan qıcıqlanacağam, əsəbiləşəcəyəm. Ondansa, getmərəm. Ora gedən zamanı övladıma həsr edərəm, onunla birgə vaxtı keçirərəm.