2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib.
Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.