Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vəzifəli şəxs cərimələndi

934
Paylaş:
Vəzifəli şəxs cərimələndi

Bank VTB Azərbaycan ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib.

Paylaş:

Ən son xəbərlər