Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda “Azəriqaz”ın əməkdaşına xəsarət yetirildi

1 072
Paylaş:
Bakıda “Azəriqaz”ın əməkdaşına xəsarət yetirildi

Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanova (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) xəsarət yetirilib.

Pravda.az xəbər verir ki, bu barədə "Azəriqaz"a məlumat yayıb.

Hadisə ötən gün saat 15:30 radələrində baş verib. "Azəriqaz"ın əməkdaşları paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində 7 saylı binanın 13-cü mənzilində texniki baxış keçirmək istəyiblər. Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb.

Paylaş:

Ən son xəbərlər