30 il davam edən işğal dövründə ermənilər Azərbaycan torpaqlarında daşı daş üstə qoymadılar.
İşğal etdikləri ərazilərimizdəki yurd yerlərimizi yağmalamaqları azmış kimi, təbiətinə belə, divan tutdular. Sanki hər daşdan, hər cığırdan, erməni zülmündən xilas olanlarımızın qisasını aldılar.
Viran qoyduqları evlərin sahibləri bir gün mütləq qayıdacaq qorxusu ilə düz 30 il o torpaqlarda ölüm toxumu əkdilər. Azərbaycan ərazilərini mənfur niyyətləri ilə murdarlamaqları azmış kimi, minalarla da çirkləndirdilər.
Goranboyun uzun müddət işğal altında olan Gülüstan kəndi də mənfur qonşularımız tərəfindən sözün əsl mənasında cəhənnəmə çevrilib. Kənddən yayılan videonu izlədikcə aydın görünür ki, buranın da hər daşı, hər kəsəyi erməni vandallığının qurbanı olub.