Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;
- obyekt avtomatik yanğınsöndürmə qurğusu ilə təchiz olunmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;
- obyektdə yanar mal və materiallar elektrik lampalarının və naqillərinin altında pərakəndə halda saxlanılır;
- anbar sahəsində müvəqqəti çəkilən elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnən və sıradan çıxan naqillərdən istifadə olunur;