Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şərti sərhəddə gərginlik fonunda Ermənistan Baş Qərargah rəisinin birinci müavini işdən çıxarıldı

1 101
Paylaş:
Şərti sərhəddə gərginlik fonunda Ermənistan Baş Qərargah rəisinin birinci müavini işdən çıxarıldı

Ermənistan ordusunda kadr dəyişikləri aparılıb.

Ermənistan prezidenti Vaahn Xaçaturyanın müvafiq fərmanları ilə general-mayor Artak Budayqan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub.

Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib.

General-leytenant Kamo Koçunts isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.

Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı “Qisas” əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb.

Paylaş:

Ən son xəbərlər