Vəkil Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittihamda Şahquliyevin dövlət hesabına müdafiə etdiyi müvəkkilindən qanunsuz olaraq pul aldığı deyilir.
İddia olunur ki, zərərçəkmiş şəxs ağır cinayətdə ittiham edilir. Gənc vəkil məhkəmədə onun işini yüngülləşdirəcəyinə söz verib.