Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şərurda kəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

1 052
Paylaş:
Şərurda kəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, ötən il oktyabrın 19-da Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1994-cü il təvəllüdlü Elvin Zaxarovun həmkəndlisi Fariz Ağayevi aralarında yaranmış mübahisə zamanı kənd ərazisində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Zaxarova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə), maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:

Ən son xəbərlər