Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib.
Pravda.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir. DSX rəisi hərbçinin müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.