Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Əhmədin 15 yaşında 18 bıçaq vurduğu gəncin anası danışdı: "Əlildir" - VİDEO

1 463
Paylaş:
Əhmədin 15 yaşında 18 bıçaq vurduğu gəncin anası danışdı: "Əlildir" -     VİDEO

"Space TV"nin efirində yayımlanan "Gəl danış" verilişində ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir şok fakt ortaya çıxıb.

Verilişə zəng edən Aynur adlı şəxs iddia edib ki, Əhməd Əhmədov 15 yaşı olanda onun oğlu Ramin Zeynalova (eyni yaşda olublar) 18 bıçaq zərbəsi vurub. O, qeyd edib ki, Əhməd çox qısqanc uşaq olub. Ətrafında kiminsə uğur qazanmasını, ondan irəli getməsini istəməyib. Xanımın iddiasına görə, Əhməd onun oğlunu da idmanda ondan öndə olduğu üçün vurub. Aynur xanım bildirib ki, oğlu sağ olsa da, 18 bıçaq zərbəsindən sonra əlil qalıb və idmanla məşğul ola bilməyib./Musavat.com

Paylaş:

Ən son xəbərlər