Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.
Bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi “X” platformasında bildirib.
Azərbaycan Respublikasının Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib.