Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirib. Paşinyan M.Ə.Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib. Azərbaycanda buna ciddi etirazlar və sərt təpkilər var. Tarixçilər, elm adamları və siyasətçilər Paşinyanın bu sərsəm yalanlarını tarixi fakt və sənədlərlə ifşa edirlər.
“Çapar” tarix jurnalının baş redaktoru Dilqəm Əhməd musavat.com-a açıqlamasında bu iddiaları tarixi faktlarla inkar etdi və bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını dedi. Onun sözlərinə görə, mühacirət mətbuatına, Rəsulzadənin öz yazdıqlarına, legionerlərin xatirələrinə, eləcə də Qərb tədqiqatçılarının əsərlərinə baxdığımız zaman görürük ki, Rəsulzadə nəinki Hitler Almaniyası ilə əməkdaşlıq edib, əksinə onlardan tamamilə uzaq dayanıb: “Bilirsiniz, əməkdaşlıq o zaman olardı ki, ortada hər hansı bir anlaşma, müqavilə olsun. Alman tədqiqatçı Mühlen açıq şəkildə yazır ki, Rəsulzadənin rəhbəri olduğu iddia edilən komitə kağız üzərində idi, faktiki yox idi. Azərbaycan legionunun tanınmış simalarından, Fətəlibəylinin köməkçilərindən Cabbar Ərtürk xatirələrində açıq şəkildə yazır: “O kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmməd Əmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. “Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin” dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: “Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm”. Görürsünüz ki, Rəsulzadə açıq şəkildə başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək. Ona görə də o, Almaniyanı tərk etdi”.
D.Əhməd həmçinin Paşinyanın məlum sərsəmləməsini təkzib edən digər faktlara da toxunub: “Legioner Süleyman Təkinər, Məhəmməd Kəngərli də məqalələrində bu məsələyə toxunublar ki, Rəsulzadə almanlarla əməkdaşlıq etmədi. Təsadüfi deyil ki, Rəsulzadənin özü də Fətəlibəylinin qətli münasibəti ilə söylədiyi nitqində bildirib ki, almanlar heç bir komitənin mövcudluğunu qəbul etmədilər, mən də oranı tərk etdim. Bu baxımdan Paşinyanın dedikləri tamamilə iftiradır, Googledən götürdüyü bir qəzet parçası və bayraq şəkli ilə yalan fikir söyləyir. Rəsulzadə Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu olduğu üçün Paşinyan onu hədəf seçib. 71 ildə Rəsulzadəyə o qədər iftira atılıb ki... Bu baxımdan Paşinyanın Njdenin cinayətlərini gizlətmək üçün bu yola baş vurması əbəsdir”.
Eyni ittihamla bağlı bu ilin fevral ayında tarix elmləri doktoru, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu bir məqalə yazıb. Sözügedən məqalədə həmin ərəfədə səsləndirilən bənzər ittihamlar ciddi faktlarla ifşa olunub. Faktları nəzərinizə çatdırırıq:
“M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi.
Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.
Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.
Bax: N.Yaqublu. “Azərbaycan legionerləri”. Bakı, 2005.
N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. Bakı, 2013.
В 1932-1945-х годах У М.Э.Расулзаде не было прямого контакта с главой Герма¬нии Адольфом Гитлером. С правительством Германии у М.Э.Расулзаде контакты были через профессора Герхарда Фон Менде, воз¬главлявшего Главное управление Восточного министерства по национальностям СССР и бывшим послом Германии в СССР, предста-вителем министерства иностранных дел Гер¬мании Шуленбергом.