Xəbər verdiyimiz kimi, “Space TV”nin efirində Amil Xəlilin aparıcılığı ilə yayımlanan “Gəl danış” verilişində ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir şok fakt ortaya çıxıb.
Pravda.az musavat.com-a istinadla xəbər verir ki, verilişə zəng edən Aynur adlı qadın iddia edib ki, Əhməd Əhmədov 15 yaşı olanda onun oğlu Ramin Cəfərova 18 bıçaq zərbəsi vurub.
O, qeyd edib ki, Əhməd çox qısqanc uşaq olub. Ətrafında kiminsə uğur qazanmasını, ondan irəli getməsini istəməyib. Xanımın iddiasına görə, Əhməd onun oğlunu da idmanda ondan öndə olduğu üçün vurub. Aynur xanım bildirib ki, oğlu sağ olsa da, 18 bıçaq zərbəsindən sonra əlil qalıb və idmanla məşğul ola bilməyib.
Musavat.com-un araşdırması nəticəsində Əhmədin bıçaqladığı şəxslə bağlı bir sıra məlumat da əldə etdik. Əldə etdiyimiz məlumata görə hadisə Xətai rayonu ərazisində baş verib. Əhməd Əhmədov onu meşəyə aparıb, öncə “beşbarmaq”la vurub, daha sonra isə bıçaqlayıb.


