2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız.
COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz - Rişi Sunak
Pravda.az xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:
"Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz".