Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Prezidentimizin fikirləri xoşbəxt gələcəyə hesablanıb”

1 219
Paylaş:
Deputat: “Prezidentimizin fikirləri xoşbəxt gələcəyə hesablanıb”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqi nəinki xalqımızın, dünyanın diqqət mərkəzindədir. Söylənilən fikirlər dövlətimizin milli maraqlarını tam əks etdirməklə bərabər, həm də beynəlxalq aləm, xüsusilə Ermənistan və havadarları üçün ciddi mesajdır. Bu çıxış ölkə rəhbərinin öz xalqına, dövlətinə sonsuz məhəbbətinin, inam və etimadının ifadəsi kimi qiymətlidir. Prezident kimi fəaliyyət göstərdiyi 20 ildə qazanılan bütün uğurları, tarixi qələbəmizi öz xalqının adı, əzəməti, mübarizliyi ilə bağlayan, “Biz doğurdan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik” söyləyən dövlət başçısı qənaətlərində haqlıdır, mükəmməldir və bu reallıqdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

“Prezident seçildiyi 2003-cü ildən bu günə kimi cənab İlham Əliyev daim xalqı ilə bir yerdə olub, insanların ağrı-acıları, qayğıları ilə yaşayıb, kədərinə, sevincinə şərik çıxıb. Məhz buna görə də xalqını bir yumruq kimi birləşdirməyi, uğurlara yol açmağı, döyüşlərdə qələbə çalmağı, düşmənin başını əzməyi, təcavüzkarların havadarlarını neytrallaşdırmağı, ədaləti, haqqı bərpa etməyi, Azərbaycanı tanıtmağı və xalqı ucaltmağı bacarıb. Prezident öz xalqına arxalandığı kimi xalq da rəhbərinə inanıb, onun fəaliyyətini, əməl və amallarını görüb, tutduğu yolu, mövqeyi düzgün qiymətləndirib. Bu etimad və dəstək, inam və hörmət növbədənkənar prezident seçkilərində özünü aydın şəkildə bir daha göstərdi. Cənab İlham Əliyevin çıxışında göstərilən etimada görə Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirməsi təsadüfü deyildir. Prezidentin çıxışında toxunulan məsələlər, qarşıya qoyulan bütün vəzifələr vacib və təxirəsalınmazdır. Bu vəzifələrin məhz xalqın qüruru, sevgisi, mübarizliyi, birliyi ilə əlaqələndirməsi isə daha qururvericidir. Bu çıxış xalqın ruhunun, iradəsinin ifadəsi olmaqla, həm də dünyaya kimliyimizin göstəricisidir. Xalqını, Azərbaycan ailəsini, gəncini sağlam, qətiyyətli görən və “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir” ifadələrini söyləyən rəhbərin sözlərində gələcəyimizə, uğurlarımıza sonsuz inam hissi var. Millilik, xalq ruhu ilə aşılanmış nitq bütün parametrləri ilə xalqın istəyinə, gələcək inkişafa, ölkə vətəndaşlarının xoşbəxtliyinə, haqqa, ədalətə, bəşəri amallara, milli dəyərlərə hesablanıb. Bu nitqin ruh verəni, daşıyıcısı xalqdır və xalqı ilə fəxr etdiyinə, qürur duyduğuna görə də cənab İlham Əliyev qalibdir, məğrurdur, sözükeçəndir və sözsüz ki, həmişə belə olacaq. Xalq-Prezident birliyi daha uğurlu gələcəyə yollar açacaq, dostlarımızı sevindirəcək, düşmənlərimizi məyus edəcək”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər