"Azərbaycan Televiziya və Radio Verilişləri" (AZTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə keçmiş işçisi Həmid Mehdiyevlə arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, Həmid Mehdiyev 2019-cu ildə işdən çıxarılıb.
O, AZTV-də TV peyk avadanlıqları bölməsinin rəisi vəzifəsində işləyib və Rövşən Məmmədov AZTV-nin rəhbərliyinə gəldikdən sonra işdən çıxarılıb. Həmid Mehdiyev işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Həmid Mehdiyevin verdiyi bildirilir.
İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin icraatındadır.
Həmid Mehdiyevin atası Əməkdar mühəndis Knyaz Mehdiyev də AzTV-nin işçisi olub. O, televiziyada texniki direktorun birinci müavini vəzifəsində çalışıb. Knyaz Mehdiyev də Rövşən Məmmədovun əmri ilə işdən azad edilib.