Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Milli Məclis seçkilərdə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərdi

1 274
Paylaş:
Milli Məclis seçkilərdə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərdi

Milli Məclis prezident seçkilərində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

Bu barədə Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm", - sədr qeyd edib.

Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 92.12 faiz səslə qalib gəlib.

Paylaş:

Ən son xəbərlər