BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Parlament ya indiki islahatları ləngidir, ya da mürtəcedir”

“Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Sadəcə olaraq, Məclisin buraxılması onsuz da payızda baş verəcəkdi, bu prosesin yarım il qabağa keçirilməsi gərək izah olunardı. Demək ki, parlament ya indiki islahatları ləngidir, ya da mürtəcedir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında deyib.

 

“Seçkilərin tezləşdirilməsində geopolitik amillər də ola bilər ki, məsələn, yayda-yazda bölgədə vəziyyətin gərginləşməsindən ehtiyalanırlar. Bir çox ölkələrdə, Böyük Britaniya, İsraildə seçkilərin vaxtını qabağa çəkməklə müəyyən uduş əldə etmək istəkləri olur və tamamilə normal qəbul edilir.Yəni bu məsələyə hər hansı damğa vurmaq olmaz, məncə ədalətli qərardır. Milli Məclis rəsmi şəkildə buraxıldıqdan və seçkilər elan olunduqdan sonra bilinəcək ki, kimlər gedir seçkilərə. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”.

Tarix: 2 Dekabr 2019, 21:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin