Hörmətli Əli müəllimə (Əli Əsədov - baş nazir) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var. Pravda.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, cənab Prezident ayın 14-də andiçmə mərasimində Azərbaycanda yeni bir dövr başladığını qeyd edib:
“Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü?