Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

DYP-dən səs siqnallarından istifadə qaydaları barədə MÜRACİƏT

1 255
Paylaş:
DYP-dən səs siqnallarından istifadə qaydaları barədə     MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb.


İdarədən Pravda.az-a verilən məlumatda deyilir ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur:


""Yol hərəkəti haqqında" Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:


1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;


2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.


Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır".


BDYPİ bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edir.

Paylaş:

Ən son xəbərlər