Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Paşinyanın istefası tələb olunur

1 299
Paylaş:
Paşinyanın istefası tələb olunur

Ermənistanda fevralın 20-də Azadlıq meydanında hökumət əleyhinə mitinq keçirilməsi nəzərdə tutulub.

Bunu “Birlik” hərəkatının koordinatoru Aram Sarkisyan fevralın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və hökumət vaxtından qabaq istefaya getməlidir: “Bunun üçün 100 səbəb hazırlamışıq. Onu mitinqdə açıqlayacağıq”.

Aram Sarkisyan qeyd edib ki, bu əsaslar kitabça şəklində mitinqdə paylanılacaq.

Koordinator deyib ki, etimad göstərilərsə, gələcəkdə müvəqqəti hökumətin tərkibini də başqa siyasi qüvvələrlə müzakirə edəcəklər.

Report

Paylaş:

Ən son xəbərlər