Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Şipşirin” Elçindən boşanma xəbərinə REAKSİYA: "Hazırda bu işlə..." - YENİLƏNDİ

4 567
Paylaş:
“Şipşirin” Elçindən boşanma xəbərinə REAKSİYA: "Hazırda bu işlə..." -   YENİLƏNDİ

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb. Millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı "Şipşirin" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib. Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikah ləğv edilib. Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Elçinlə əlaqə saxlayıb.

Sənətçi "Bu, yanlış informasiyadır. Biz boşanmamışıq. Yayılan xəbərlərlə bağlı araşdırma aparacağam. Hazırda bu işlə məşğulam" deyə fikrini bildirib.

Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan Can adlı bir oğlan övladları var.

Elçin Cəfərovun boşanma xəbərini ilk olaraq mətbuat.az saytı yayıb.

***

17:51

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Metbuat.az-ın məlumatına görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.

Paylaş:

Ən son xəbərlər