Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb. Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.
“Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”, - deyə aktyorun oğlu bildirib.