Müğənni Qədir Qızılsəs Lent.az-a başına gəlmiş maraqlı və qeyri-adi hadisələr barədə danışıb.
“Aran rayonlarından birinə toya getmişdim. “Palatka” toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu. Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Heç demə toy sahibinin düşməni varmış. “K-700” (el dilində ona kasemsot deyirlər) deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumladı keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı”, - o bildirib.