Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda məşhur oteldə baş verən yanğın söndürüldü - YENİLƏNDİ

1 135
Paylaş:
Bakıda məşhur oteldə baş verən yanğın söndürüldü -   YENİLƏNDİ

Bakının Nərimanov rayonunda yerləşən otellərin birində yanğın baş verib.


Pravda.az xəbər verir ki, alov otelin üçüncü mərtəbəsində başlayıb.


Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.


Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.


Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.

***

07:45

Bakıda tanınmış oteldə yanğın baş verib.

Hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb.

Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

APA

Paylaş:

Ən son xəbərlər