Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb.