Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da “yox” cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:
“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.