Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Sükan arxasında yatırsınızsa, bunlara diqqət edin

1 686
Paylaş:
Sükan arxasında yatırsınızsa, bunlara diqqət edin

Sükan arxasında yorğunluğun əlamətləri açıqlanıb.

Pravda.az-ın xəbərinə görə,  "Sükan arxasında" jurnalının eksperti İlya Pimenov qeyd edib ki, sürücü kabinədəki normal temperatura baxmayaraq narahatlıq, istilik və ya soyuqluq hiss edərsə, buna xüsusi diqqət yetirməlidir.

Onun sözlərinə görə, başqa bir əlamət isə sürücünün həmsöhbətinin ona nə dediyini dərhal anlamamasıdır:

"Yorğunluğun xüsusi əlamətlərindən biri də sürücünün tez-tez yolda olan əyilmələri qaçırması və kəsişən yollardan çıxan avtomobillərə əhəmiyyət verməməsidir. Bundan əlavə, sürücü görmə qabiliyyətinin zəiflədiyini hiss edə, yol nişanlarını və avtomobil nömrələrini çətinliklə oxuya bilər. Həmçinin daimi yatma istəyi ola bilər. Buna "mikro yuxu" deyilir. Onun əsas əlaməti yaddaş itkisidir. Məsələn, qarşınızda yanacaqdoldurma məntəqəsi gördünüzsə və sonra ordan necə keçdiyinizə təəccüblənirsinizsə, deməli, yuxulu olmusunuz.

Belə halda dərhal avtomobili saxlayın və istirahət edin".Publika

Paylaş:

Ən son xəbərlər